Afleveringen
-
“Bir dəfə bir terapevt mənə demişdi ki: "Əgər günahkarlıq və inciklik arasında seçim etmək lazım gələrsə, hər dəfə günahkarlığı seçin." O vaxtdan bəri bu cümlə bir çoxlarına ötürdüyüm hikmətdir. Əgər bir şeyi rədd etmək, imtina etmək sizi günahkar hiss etdirir, razı olmaq isə içinizdə inciklik hissi yaradırsa, günahkarlığı seçin. İnciklik ruhun intiharıdır.” ~ Bədən “yox” deyəndə, Gabor Mate
-
"Otağın divarları bomboşdur. On il burada necə yaşamışam? Divara bir şəkil asmaq da mı ağlıma gəlməyib? Pis şəkil asaram qorxusundan heç şəkil asmamışam. Pis yaşayaram qorxusundan heç yaşamamışam." ~ "Tutunamayanlar", Oğuz Atay
-
Zijn er afleveringen die ontbreken?
-
“Bəs siz gəncləri necə böyüdürsüz? Bir heç olaraq. Analar daima ev işləri, mətbəx təmizliyi ilə məşğul olduğu halda, atalar dövlət qulluğu, ticarət və digər işlərlə məşğul olur, axşamlar isə çayxana və qumarxanalarda oturub kart oynayırlar. Heç vaxt uşaqlarla oynamırlar. Onlara vaxtları yoxdur. Üstəlik, onların nəzərində uşaqlara qulluq etmək işgəncədən başqa bir şey deyil.” ~ "Ağ Zanbaqlar Ölkəsi", Grigori Petrov
-
Bu podkast altından xətt çəkdiyim cümlələr əsasında özümüzü və dünyanı anlamağa dəvətdir. Əgər siz də cümlələr arxasındakı dünyanı kəşf etmək istəyirsinizsə hər həftə altından xətt çəkdiklərim podcastında görüşənədək!