Afleveringen
-
Yeni yayımımıza xoş gəldiniz!
Bu həftəmizin 7-ci Techweek buraxılışında biomimikriya və ya digər adı ilə biomemetika haqqında söhbət açdıq. Təbiətin milyonlarla və milyardlarla il ərzində davamlı təkamülünün müxtəlif fiziki, kimyəvi və bioloji problemlərə gətirdiyi yaradıcı həll yolları və bu ağıllı həllərin texnoloji innovasiyalara necə ilham qaynağı olması gerçəyi danılmazdır.
Bu mövzu, dizayn qərarlarından tutmuş şəhər urbanistikasına qədər, tikinti sənayesindən material mühəndisliyə qədər, mikrobotlardan tutmuş, tibbi araşdırmalara qədər bir çox elmi mövzulara toxunur, və nəzərimizə çarpmayacaq qədər ətrafımızdakı hərşeylə bağlantılı ola bilər.
Bu günümüzün heyranlıqla izlədiyimiz texnologiyaları da bir zamanlar primitiv olublar və onlar da təbiətdəki canlılar kimi bənzər təkmilləşmə prosesindən keçiblər. Təyyarələrin kəşfini, biz insanların göydə uçan quşları ilk dəfə maraqla müşahidə etməsinə, səmalarda uçma arzumuzu canlandıran o quşların qanad hərəkətlərinin diqqətli analiz edilməsinə kimi geriyə izləmək olar. Elə bu təbiəti yamsılama bacarığımızın texnologiya ilə vəhdətinin nəticəsidir ki, arzularımız gerçəkliyə dönüşüblər, beləliklə biz inkişaf etmiş toplumlar halına gəlmişik.
Xoş dinləmələr arzu edirik, bizləri bütün platformalardan izləməyi və dəstək olmağı unutmayın. Təşəkkürlər!
(c)techweek.podcast
-
Əziz dinləyicilər, Xoş gördük!
Bu gün yayımımızda texnologiya səhnəsinə adını böyük səs-küylə salan, və heç kimin bir il öncəyə kimi demək olar ki adını belə eşitmədiyi hedc fondu (hedge fund) olan High-Flyer-in qurduğu DeepSeek şirkətinin nailiyyətlərindən, nə üçün bu şirkətin yaratdığı süni intellekt məhsulunun önəmli olmasından, bütün dünyada, xüsusən maliyyə və texnologiya sektorlarında çalxantıya səbəb olmasından danışdıq.
Fərqli mədəni keçmişlərin və dünyagörüşlərinin texnoloji səhnədə fərqli yanaşmalar yaradaraq açıq və sağlam rəqabətə qığılcım verdiyini düşünürük. İnsanlığın ortaq faydasına yaraya biləcək yeniliklərin hər zaman heç də qapalı şəraitdə yaradılmadığından, o cümlədən dünyada dəyişən, axım kimi olan paradiqmalar və nəzəriyyələrdən söz açmışıq.
Dünyamızın mürəkkəb problemlərinə gətirilən daha optimal və effektiv həll yolları dünyanın istənilən coğrafiyasından gələ bilər. Bu, insanlıq tarixi boyu belə olmuşdur.
DeepSeek-in timsalında görə bilirik ki, innovasiyanın kökündə dayanan əsas motivasiyalardan biri də resursların çatışmazlığı və maddi sıxıntılardır, daha yaxşı işləyən, daha az resurslarla çalışan bir həlli tapmaqdır. Bir-birimizdən öyrənəcəyimiz çox şeyin olması, bizi gələcəklə bağlı daha da həyəcanlandırmalı, təvazökar etməli və perspektivimizi geniş tutmağımıza, öyrənməyə həvəsli olmağımıza yol açmalıdır. Riskləri və faydaları sadəcə birgə-əməkdaşlıqla manevr edə bilərik.
DeepSeek texnologiyasının ikinci bölümünü, növbəti yayımımızda əhatəli şəkildə, riskləri ilə birlikdə də bölüşməyi düşünürük. Şərhlərinizlə istəklərinizi bəlli edin!
Xoş dinləmələr, bizi izləməkdə davam edin. Paylaşmağınız və aktiv iştirakınız işimizə birbaşa dəstək olur.
(c) @techweek.podcast
-
Zijn er afleveringen die ontbreken?
-
Techweek-in 5-ci həftəsinin buraxılışına xoş gəldiniz!
Bu gün biz epizodumuzda dünyanın ən tez zamanda ən böyük abunəçi auditoriyasına işıq sürətilə çatmış sosial media nəhənglərindən olan "TikTok" platformasının başına gələnlərdən və potensial gələ biləcəklərdən, ölkələrin "böyük sosial media platforması eksperimenti", yeniyetmələrin və gənclərin mental sağlamlıqlarının hazırki vəziyyəti; yazıçı, sosioloq və psixoloq Conatan Haydt-ın *itmiş bir nəsil* olaraq adlandırdığı konsepti mövzuları ətrafında müzakirə apardıq, suallar verdik, danışdıq.
Niyə "TikTok"-un istifadəsinin limitlənməsi və ya qadağan olunması mövzusu bu gün dünyada isti bir gündəmə çevrilmişdir? Nə üçün 2010-lardan etibarən yeniyetmə və gənclərdə getdikcə artan zehni və diqqət pozuntuları, yuxusuzluq, depressiya və əndişə simptomları halları müşahidə olunur və səbəbi bilinmir? Bu barədə araşdırmalar nə göstərir? Uşaqlar əvvəlki nəsillər kimi fiziki aktivliklə məşğuldurlar mı? Bu suallara və daha çoxuna yayımımızı dinləyərək cavab tapa bilərsiniz.
Bizi izləməyi, dinləməyi, epizodları dostlarınızla paylaşmağı və müzakirələrə qoşulmağı unutmayın. Xoş dinləmələr!
@techweek.podcast
-
Əziz dinləyicilər, xoş gəldiniz!
Bu gün Techweek-in 4-cü həftə yayımı baş tutdu və biz yenə önəmli mövzulardan bəhs etdik.
Diqqətlərimizin haralara getdiyindən, gündəlik olaraq zehinlərimizin, alqoritmlərin bilinməyən və proqnoz edilməyən oyunları ilə oynayaraq keçirdiyi gerçəyindən və qaydaları yeni-yeni yazılan və bizimlə təkamül keçən bu oyunun necə "daha faydalı iştirakçısı" ola bilərik, ümumiyyətlə "iştirakçısı olmalıyıq mı" sualları ətrafında düşündük.
Dünyada diqqətlər və şübhələr hər zamankından daha kəskin şəkildə texnologiya nəhənglərinə yönəlib, və bu günün ən dəyərli iki məzənnəsi olan məlumat və diqqətin necə dijital iqtisadiyyatı şəkilləndirdiyini öyrənirik, müşahidə edirik.
Bizi bütün platformalardan izləməyiniz işimizə birbaşa dəstək olur. Yayımlarımızı faydalı hesab edirsinizsə, zəhmət olmasa paylaşaraq dostlarınızın və yaxınlarınızın maariflənməsində iştirakçı olun.
Instagram: https://www.instagram.com/techweek.podcast/
Apple Podcasts: https://podcasts.apple.com/ee/podcast/tech-week/id1788286469
-
Üçüncü həftə, və üçüncü buraxılışımız artıq yayımdadır!
Bu günkü mövzumuzda pis xəbərin niyə daha çox baxış almasından, sosial media platformalarının dəyişən moderasiya qaydalarından və gündəmdəki fakt yoxlamaq, həqiqəti müəyyənləşdirməyi alqoritmlərin məsuliyyətinə buraxmağın nəticələrindən bəhs etdik, bir qədər də mövzudan kənarlaşıb başqa detalları da danışdıq.
"Hərşeydən biraz-biraz", ortaya qarışıq tərzində yayım alındı, hər kəsə xoş dinləmələr!
Bizi instagram üzərindən izləməyi unutmayın:
@techweek.podcast
-
İkinci epizodumuza xoş gəldiniz!
Bu dəfə fərqli birşey etmək qərarına gəldik:
Instagram platformasından sizlərin də səsvermədə iştirak edib qərar verdiyiniz üzrə, Deepfake süni intellekt modelləri, onların səhmlərə və maliyyəyə təsiri, Turing testi mövzuları ətrafında çox maraqlı söhbət alındı, riskləri və faydaları müzakirə etdik, potensial həll yolları barəsində düşündük. Bəzən hətta fəlsəfi suallar belə verildi.
Fikirləriniz, şərhləriniz və müzakirəyə qoşulmağınız bizlər üçün dəyərlidir və bu sahənin inkişafına tövhə verir.
Spotify, Apple Podcasts və Instagram üzərindən izləməyiniz bizim işimizə dəstək olur.
Xoş dinləmələr!
-
Biz başladıq!
İlk epizodumuz Spotify Creators və Riverside.fm-in dəstəyi ilə test yayımı idi və auditoriyaya bağlı yayım oldu. Yenə də, edit etdikdən sonra paylaşmaq qərarına gəldim və fikirləriniz, müzakirələriniz, geri bildirimlərinizə açıq bir yayım olsun deyə düşündüm.
Xoş izləmələr!